Doktor Gülnar Məhərrəmova - Endodontiya

Doktor Gülnar Məhərrəmova Endodontiya sahəsində həkimlərin maarifləndirməsi ilə məşğul olan təcrübəli endodontist kimi həm xaricdə, həm də Azərbaycanda məşhurdur. O, Azərbaycanda, Bakıda EndoAzərbaycan – beynəlxalq təhsil proqramının banisidir. Bu, Azərbaycanda operativ dental mikroskopun tətbiqi ilə birinci endodontik kursdur ki, burada artıq bir neçə stomatoloq gündəlik sadə və mürəkkəb endodontik manipulyasiyaların incəliklərini öyrənmişdir. Həmkarlarına kömək etmək və klinisistləri ruhlandırmaq, bütün potensial imkanlarından istifadə etmək - onun fərqləndirici keyfiyyətlərindən biridir. Referrativ həkimlərlə əməkdaşlıqda, o, hər gün müxtəlif halları əks etdirən maarifləndirici video- və rentgen şəkillərini sosial şəbəkə qruplarında bölüşür.

Hal-hazırda o, AzDent klinikasında - Azərbaycanda premium sinifli birinci özəl stomatoloji klinikada stomatoloq - endodont vəzifəsində çalışır. Eyni zamanda o, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Endodontiya bölümü üzrə mühazirələr oxuyur.

Avropa Endodontologiya Assosiasiyası

Dr. Məhərrəmova Avropa Endodontologiya Assosiyasına üzv kimi qəbul olunmuş yeganə Azərbaycanlı Endodontistdir.

Asiya Sakit Okean Ölkələrinin Endodontiya Konfederasiyası

Dr. Məhərrəmova Azərbaycanda Asiya Sakit Okean Ölkələrinin Endodontiya Konfederasiyasının (APEC) üzvü olan yeganə Endodontistdir.

Peşəkar nailiyyətləri

Dr Məhərrəmova - Azərbaycanda bir neçə nüfuzlu şirkətlərin həkim-konsultantıdır. Fərdi kurslarla yanaşı, o, son müalicə metodlarında və texnologiyalarındakı yeniliklərlə tanış olmaq, biliklərin dərinləşməsi və tətbiqi məqsədi ilə geniş həmkarlar və tələbələr publikası üçün mühazirələr aparır.

Dr Məhərrəmova stomatoloji avadanlıqları test edən ekspertdir və istehsalçılar onun yeni məhsula dair müşahidələrinin və tədqiqatlarının nəticələrini dərc edirlər. O, VDW Dental, Septodont, Medesy, Produits Dentaires SA, Endostar, FKG Dentaire SA, Fanta Dental, Guilin Woodpecker, Medcem, Itena Clinical, Shenzhen Perfect Medical Instruments, easyinSmile, TiaDent və Eighteeth (Sifary Medical) kimi istehsalçıların məhsullarını test etmişdir.

Intenatura müddətində Dr.Məhərrəmova klinikada ümumi praktika ilə yanaşı 2D və 3D rentgen cihazları şöbəsinə rəhbərlik etmişdir. Proqram və aparat sahəsində aparıcı mütəxəssis olmaqla yanaşı, pasiyentlərə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq, həmkarlarının işini asanlaşdırmaq, yüksək səviyyədə diaqnostikanı təmin etmək və sürətləndirmək üçün fəaliyyət göstərmişdir. Eyni zamanda o klinikalar və diş həkimləri arasında məlumat mübadiləsinə cavabdehlik etmişdir.

Təhsili

Dr Məhərrəmova Azərbaycan Tibbi Universitetini bitirmişdir. O, müntəzəm olaraq seminar və mühazirələrdə iştirak edir, özünü təkmilləşdirir və inkişaf edir, xarici həmkarlarının təcrübəsini öyrənir və öz işində elmin və texnikanın son nailiyyətlərini tətbiq edir.